Podaqra tutması bədənin müxtəlif nahiyələrinə təsir edə bilər.
Podaqra xəstəliyi izafi miqdarda olan sidik turşusunun toxumalarda və oynaqlarda iynəşəkilli kristallar şəklində toplanması zamanı baş verir. Podaqranın yayılmış simptomu əl oynağında, çox zaman xəstəlikdən və ya xəsarətdən sonra meydana çıxan şiddətli ağrı və şişkinlikdir. Sonrakı tutmalar bilək və barmaq oynaqları da daxil olmaqla digər oynaqlarda baş verə və itib gedə bilər. Xəstəlik uzun illər ərzində müalicə edilmədikdə, əllərin dərisi altında sidik turşusunun tofus adlanan yığıntıları formalaşa bilər.
Əllərdə podaqra tutmasının əlamətləri aşağıdakılardır:
- Əl çox ağrılıdır;
- Əl qızarmış, şişkinləşmiş və toxunduqda isti ola bilər;
- Əl toxunduqda son dərəcə həssas ola bilər.
- Qızdırma, baş ağrısı və ya zəiflik kimi digər simptomlar da meydana çıxa bilər.
Podaqra tutması nə qədər davam edə bilər?
Müalicə edilmədikdə, podaqra tutması iltihab azalana və ağrı keçib gedənədək 3 gündən 2 həftəyə qədər davam edə bilər. Zədələnmiş oynağın üzərindəki dəri, bir qayda olaraq, qaşınır və qabıqlanır.
Əgər özünüzdə podaqranın və ya podaqra tutmasının olduğundan şübhələnirsinizsə, mümkün qədər qısa müddət ərzində həkimə müraciət edin.
Podaqranın erkən diaqnostika və müalicəsi xəstəliyin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir.