Podaqra tutması bədənin müxtəlif hissələrinə təsir edə bilər.

Podaqra xəstəliyi izafi miqdarda olan sidik turşusunun toxumalarda və oynaqlarda iynəşəkilli kristallar şəklində toplanması zamanı baş verir. Podaqranın ilk simptomu ayaq baş barmağında, çox zaman xəstəlikdən və ya xəsarətdən sonra meydana çıxan şiddətli ağrı və şişkinlikdir.

Sonrakı tutmalar digər oynaqlarda baş verə və ya baş verməyə bilər. Əksər hallarda, xəstəlik xroniki formaya keçməzdən əvvəl ayaq və diz oynaqları ilk olaraq təsirə məruz qalır.

Dizdə podaqra tutmasının əlamətləri aşağıdakılardır:

  • Diz çox ağrılıdır;
  • Diz qızarmış, şişkinləşmiş və toxunduqda isti ola bilər;
  • Diz toxunduqda son dərəcə həssas ola bilər.
  • Qızdırma, baş ağrısı və ya zəiflik kimi digər simptomlar da meydana çıxa bilər.

Podaqra tutması nə qədər davam edə bilər?

Müalicə edilmədikdə, podaqra tutması iltihab azalana və ağrı keçib gedənədək 3 gündən 2 həftəyə qədər davam edə bilər. Zədələnmiş oynağın üzərindəki dəri, bir qayda olaraq, qaşınır və qabıqlanır.

Əgər özünüzdə podaqranın və ya podaqra tutmasının olduğundan şübhələnirsinizsə, mümkün qədər qısa müddət ərzində həkimə müraciət edin. 

Podaqranın erkən diaqnostika və müalicəsi xəstəliyin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Sizin üçün, həmçinin aşağıdakı məzmun maraqlı ola bilər

Podaqra nədir?

Podaqra nədir?

Qanda sidik turşusunun səviyyəsi 6 mq/dl-dən və ya 360 mkmol/l-dən yuxarı qalxdıqda, bu vəziyyət sidik turşusu kristallarının yaranmasına səbəb ola bilər...

Daha ətraflı
Podaqra tutması

Podaqra tutması

Podaqranın ilk tutması, adətən, gecə baş verir, buna böyük miqdarda qırmızı ət yemək və ya xeyli miqdarda pivə içmək nəticəsində sidik turşusunun səviyyəsinin qəfil artması səbəb olur…

Daha ətraflı