Ayaq baş barmağında podaqra tutmasına səbəb nədir?

Podaqra xəstəliyi qanda sidik turşusunun səviyyəsi 6 mq/dl-dən yuxarı olduqda yaranır ki, bu da sidik turşusu kristallarının əmələ gəlməsinə səbəb olur. Bu kristallar toxumalarda, oynaqlarda, qığırdaqlarda, sümüklərdə, böyrəklərdə və bədənin digər yerlərində yığıla və iltihaba səbəb ola bilər.

Birinci podaqra tutması, bir qayda olaraq, gecə baş verir, purinlə zəngin olan qidalar (məsələn, qırmızı ət və dəniz məhsulları), bol miqdarda içkilər (pivə və spirtli içkilər), adət edilməmiş fiziki yüklənmə və ya infeksion xəstəlik nəticəsində baş verə bilər.  Pasiyentlər bir oynaqda, bir qayda olaraq, ayaq baş barmağı oynağında güclü ağrı ilə oyanırlar.

Ayaq baş barmağı oynağında podaqranın əlamətləri aşağıdakılardır:

  • Ayaq baş barmağı oynağı çox ağrılıdır;
  • Təsirə məruz qalmış oynaq qızarmış, şişkinləşmiş və toxunduqda isti ola bilər;
  • Ayaq baş barmağı oynağı toxunduqda son dərəcə həssas ola bilər.
  • Qızdırma, baş ağrısı kimi digər simptomlar da meydana çıxa bilər.

Podaqra tutması nə qədər davam edə bilər?

Müalicə edilmədikdə, podaqra tutması iltihab azalana və ağrı keçib gedənədək 7 gündən 14 günə qədər davam edə bilər. Zədələnmiş oynağın üzərindəki dəri, bir qayda olaraq, qaşınır və qabıqlanır.

Əgər özünüzdə podaqranın və ya podaqra tutmasının olduğundan şübhələnirsinizsə, mümkün qədər qısa müddət ərzində həkimə müraciət edin. 

Podaqranın erkən diaqnostika və müalicəsi xəstəliyin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Sizin üçün, həmçinin aşağıdakı məzmun maraqlı ola bilər

Podaqra nədir?

Podaqra nədir?

Qanda sidik turşusunun səviyyəsi 6 mq/dl-dən və ya 360 mkmol/l-dən yuxarı qalxdıqda, bu vəziyyət sidik turşusu kristallarının yaranmasına səbəb ola bilər...

Daha ətraflı
Podaqra tutması

Podaqra tutması

Podaqranın ilk tutması, adətən, gecə baş verir, buna böyük miqdarda qırmızı ət yemək və ya xeyli miqdarda pivə içmək nəticəsində sidik turşusunun səviyyəsinin qəfil artması səbəb olur…

Daha ətraflı