Podaqranın simptomları hansılardır?

Podaqra bir neçə il ərzində qanda sidik turşusunun səviyyəsi 6 mq/dl-dən və ya 300 mkmol/l-dən yuksək olduqda inkişaf edir. Xəstəliyin bu mərhələsi "hiperurikemiya" adlandırılır və heç bir simptom və ya əlamətlə özünü büruzə vermir.

Podaqranın ilk əlamət və simptomları çox zaman gecə vaxtı, oynaqlarda (adətən, ayaq baş barmağında) podaqra tutması kimi meydana çıxır.

Podaqra tutması zamanı sizdə aşağıdakı simptomlar ola bilər:

  • oynaqda güclü ağrı;
  • zədələnmiş oynağı hərəkət etdirməkdə çətinlik;
  • zədələnmiş nahiyədə uzun müddət narahatlıq hissi, iltihab, şişkinlik və ya qızartı.

Podaqralı pasiyentlər üçün broşür

"Podaqralı pasiyentlər üçün broşür"ümüzdə podaqra barədə daha ətraflı oxuyun.

PDF versiyasını yükləyin

Hiperurikemiya müalicə olunmadıqda, çox sayda sidik turşusu kristalları oynaqların ətrafında, eləcə də qulaqlarda və ya dərialtı toxumada toplana bilər – bunlar "podaqra tofusları" və ya "tofuslar" adlanır.

Sizdə podaqra tutması və ya podaqranın simptomları meydana çıxdığı təqdirdə, həkimlə məsləhətləşin. Həkiminiz ağrını azaltmaq və xəstəliyi nəzarətdə saxlamaq üçün sizə müvafiq dərman preparatlarını təyin edəcəkdir. Podaqra tutmaları daha çox gecələr baş verdiyindən, bu halda təcili tibbi yardıma müraciət edin.

Sizin üçün, həmçinin aşağıdakı məzmun maraqlı ola bilər

Podaqranın ağırlaşmaları

Podaqranın ağırlaşmaları

Podaqra xəstəliyini mümkün olduğu qədər tez və davamlı müalicə etmək lazımdır, əks təqdirdə müxtəlif ağırlaşmalar meydana çıxa bilər...

Daha ətraflı
Podaqranın səbəbləri

Podaqranın səbəbləri

Zərərli qida vərdişləri, fiziki hərəkətlərlə məşğul olmamaq, piylənmə, artıq çəki və metabolik sindrom (yüksək qan təzyiqi, şəkərli diabet, yüksək xolesterin) və genetik amillər podaqra…

Daha ətraflı