Podaqra orqanizmə necə təsir edir?

Podaqra xəstəliyini mümkün olduğu qədər tez və davamlı müalicə etmək lazımdır, əks təqdirdə müxtəlif ağırlaşmalar meydana çıxa bilər.

Oynaqların zədələnməsi

Ayaqlar və əllər daha çox təsirə məruz qalan nahiyələrdir, onlardan sonra ikinci yeri dirsəklər və dizlər tutur; bu, pasiyentin hərəkətliliyinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnir. Xəstəliyin təsirinə məruz qalmış sümük və oynaqların sınma ehtimalı daha yüksək olur.

Bu nahiyələrin zədələnməsi geri dönməyən xarakter daşıyır. Daimi ağrı, hərəkətliliyin itirilməsi və oynaqların deformasiyası baş verə bilər. 

Böyrəklərin zədələnməsi və böyrək daşları

Sidik turşusu kristalları, bir qayda olaraq, böyrəklərdə toplanır, sonradan sidik turşusunun orqanizmdən xaric olmasını çətinləşdirir və böyrək daşlarının yaranmasına səbəb olur. Nəticədə sidiyin turşuluğu artır ki, bu da öz növbəsində böyrək daşlarının yaranmasına gətirib çıxarır. Sidik turşusu kristallarının hər bir əlavə yığıntısı səbəb ola biləcəyi iltihab səbəbindən oynaqlar üçün risk kəsb edir.

Xəstəlik düzgün müalicə edilmədikdə, bu iltihablar böyrəklərin, nəticədə böyrək çatışmazlığına gətirib çıxara bilən ağır dərəcəli zədələnməsinə səbəb ola bilər.

Ürək-damar sistemi üçün risk

Hiperurikemiya və podaqra həm də yüksək qan təzyiqi (hipertoniya) riski ilə əlaqələndirilir. Hipertoniya qan damarlarını zədələyir və ürək xəstəliyinin və ya insultun baş vermə riskinin artmasına səbəb ola bilər. Podaqralı pasiyentlər ürək-damar xəstəlikləri baxımından mütəmadi olaraq müayinə olunmalıdırlar. Hipertoniyanın müalicəsi üzrə AKC/AHC-nin yeni tövsiyələrində hiperurikemiya risk amillərindən biri kimi qeyd edilmişdir.

Podaqranın orqanizmə təsiri

Podaqranın orqanizmin müxtəlif hissələrinə verə biləcəyi zərər barədə daha ətraflı oxuyun.

PDF versiyasını yükləyin

Sizin üçün, həmçinin aşağıdakı məzmun maraqlı ola bilər

Podaqranın diaqnostikası

Podaqranın diaqnostikası

Əgər özünüzdə podaqranın və ya podaqra tutmasının olduğundan şübhələnirsinizsə, mümkün qədər qısa müddət ərzində həkimə müraciət edin…

Daha ətraflı
Podaqranın simptomları

Podaqranın simptomları

Podaqra bir neçə il ərzində qanda sidik turşusunun səviyyəsi 6 mq/dl-dən və ya 300 mkmol/l-dən…

Daha ətraflı