Aşağı sərlövhənin menyusu
Podaqranın növləri
Podaqranın müxtəlif növləri vardırmı?
Podaqra sidik turşusunun səviyyəsinin yüksəlməsinin (hiperurikemiya) nəticəsi olaraq uzun illər ərzində inkişaf edir. Hazırda həkimlər xəstəliyin dörd müxtəlif mərhələsini təsvir edirlər:
I mərhələ
asimptomatik hiperurikemiya
II mərhələ
kəskin podaqra tutması
III mərhələ
podaqranın iki təkrar tutması arasında simptomsuz dövr
IV mərhələ
xroniki podaqra
Podaqranın xroniki forması "tofuslu podaqra" adlandırılır. Bu mərhələdə bədənin yumşaq toxumalarında sidik turşusu kristallarının yığıntıları (tofuslar) meydana gəlir.
Podaqra
Podaqra ‒ ayaq baş barmağında kəskin podaqra tutmasına deyilir. Təxminən 50% hallarda ən çox təsirə məruz qalan oynaq ayaq baş barmağının əsasında yerləşən daraq-falanqa oynağıdır.
Podaqra artriti
Podaqra ‒ artritin hiperurikemiya ilə müşayiət olunan bir növüdür.
Sidik turşusunun səviyyəsinin 6 mq/dl-dən (360 mkmol/l) yüksək olması sidik turşusu kristallarının formalaşması və yumşaq toxumalarda toplanması riskinə səbəb olur. Bu, kəskin podaqra artriti tutmalarını xarakterizə edən kəskin iltihaba səbəb ola bilər. İnsanların 40-60%-də ikinci podaqra tutması birincidən sonra bir il ərzində müşahidə olunur. Podaqralı pasiyentlərin əksəriyyətində illər keçdikcə podaqra tutmaları daha tez-tez, daha uzun və daha ağır dərəcəli olur.
Tophi
"Tofus" latın dilində olan "tophus" sözündən götürülmüşdür, daş mənasını verir. Tofuslar xroniki podaqra zamanı yumşaq toxumalarda aşkar edilən sidik turşusu kristallarının yığıntılarıdır. Onlar oynaqlarda, qığırdaqlarda, sümüklərdə və ya bədənin digər yerlərində yarana bilər. Bəzən onlar dəriyə nüfuz edə bilərlər. Onlar ağ-sarı rəngli tabaşir topaları kimi görünürlər.
Tofuslu podaqra
Podaqranın xroniki forması "tofuslu podaqra" adlandırılır. Bu mərhələdə bədənin yumşaq toxumalarında sidik turşusu kristallarının yığıntıları (tofuslar) meydana gəlir.
"Tofuslu zədələnmə ocaqları" müalicə olunmamış bir çox pasiyentlərdə inkişaf edir və oynaqların destruksiyası və deformasiyası ilə müşayiət olunan xroniki artrit (podaqralı artropatiya) və sümüklərdə, vətərlərdə, oynaq kisələrində (sümüklərlə yumşaq toxumalar arasında maye ilə dolu yastıqcıqlar), dəridə və hətta parenximatoz orqanlarda oxşar zədələnmələrə səbəb olur.
Residivləşən podaqra tutmaları, xroniki artropatiya və tofuslar əksər hallarda xroniki ağrıya, iş və gündəlik fəaliyyət qabiliyyətinin pozulmasına və həyat keyfiyyətinin azalmasına səbəb olurlar. Sidik turşusunun səviyyəsini azaldılması üzrə müalicə vasitəsilə sidik turşusunun səviyyəsinin 6 mq/dl-dən və ya 360 mkmol/l-dən aşağı salınması və uzun müddət bu cür saxlanması zamanı bu simptomların yaxşılaşması və ya keçib getməsi müşahidə edilir.
Hiperurikemiya
Qanda sidik turşusunun səviyyəsinin 6 mq/dl-dən və ya 360 mkmol/l-dən yüksək olması sidik turşusu kristallarının yaranmasına səbəb ola bilər; bu kristallar toxumalarda, oynaqlarda və böyrəklərdə toplana və revmatik iltihaba, kəskinləşmələr zamanı oynaqların şişməsinə və güclü ağrıya səbəb ola bilər.
Qanda sidik turşusunun konsentrasiyasının yüksəlməsi "hiperurikemiya" adlandırılır. Əgər sidik turşusu kristallarının toplanmasının podaqra və ya sidik turşulu böyrək daşı xəstəliyi kimi əlamət və simptomları meydana çıxmırsa, bu vəziyyət "asimptomatik hiperurikemiya" adlandırılır.