Podaqranın ağırlaşmalarının qarşısını necə almaq olar?
Podaqranın uzun müddətli müalicəsi üçün qida rasionunuzu dəyişməli, çəkinizi azaltmalı və müntəzəm olaraq fiziki hərəkətlərlə məşğul olmalısınız. Bütün bunlar qanınızda sidik turşusunun səviyyəsini aşağı göstəricilərdə saxlamağa və gələcək podaqra tutmalarının qarşısını almağa kömək edəcəkdir.
Bu profilaktik müalicə tədbirlərinin digər bir komponenti isə sidik turşusunun səviyyəsinin azaldılması üçün həkiminizin təyin edə biləcəyi müalicədir. Bu müalicə sidik turşusunun yaranmasını azaldan və ya orqanizmdən çıxarılmasını yaxşılaşdıran dərmanlardan ibarətdir.
Sidik turşusu kristalları aradan qaldırıldıqdan sonra,
çox zaman simptomların keçib getməsi müşahidə olunur və podaqraya effektiv şəkildə nəzarət edilir.
Sidik turşusunun səviyyəsinin aşağı salınması
Podaqranın simptomlarının yaxşılaşdırılması üçün qanda sidik turşusunun səviyyəsi minimum hədəf səviyyəsi olan 6 mq/dl -yə (360 mkmol/l) qədər azaldılmalıdır, ağır dərəcəli podaqradan əziyyət çəkən pasiyentlərdə bu göstəricinin 5 mq/dl-yə (300 mkmol/l) qədər azaldılması tövsiyə edilir. Xəstəliyin residivləşməsinin qarşısını almaq üçün hətta sidik turşusunun hədəf səviyyəsinə nail olduqdan sonra da, sidik turşusunun səviyyəsinin azaldılması üzrə müalicəni və sidik turşusunun səviyyəsinə nəzarəti davam etdirmək vacib hesab edilir. Bunun üçün dəqiq və mütəmadi qan analizləri tələb olunur. Müayinə zamanı davamlı əlamət və simptomlar (məsələn, bir və ya bir neçə tofus [oynaqların ətrafında sidik turşusu yığıntıları]) mövcud olduqda, sidik turşusunun azaldılması üzrə müalicənin ömürlük aparılması tövsiyə edilir.