Podaqra necə müalicə edilir?
Podaqra xroniki və çoxsistemli xəstəlikdir, bu isə o deməkdir ki, podaqra orqanizmin müxtəlif hissələrini zədələyə bilər və həkim tərəfindən mütəmadi müşahidə altında olmaqla ömür boyu müalicə tələb edir. Əksər hallarda, qida rasionunda edilən dəyişikliklər sidik turşusunun səviyyəsinin 6 mq/dl-dən (360 mkmol/l-dən) aşağı salınması üçün kifayət etmir və pasiyentlər sidik turşusunun səviyyəsinin hədəf göstəricidən aşağı salınması üçün dərman qəbul etməlidirlər.
Sidik turşusunun səviyyəsini 6 mq/dl-dən aşağı səviyyədə saxlamaq nə üçün vacibdir?
- Podaqranın əlamətlərini və simptomlarını dayandırmaq üçün
- Sidik turşusu kristallarının formalaşmasının qarşısını almaq üçün
- İltihabın qarşısını almaq üçün
- Oynaq və toxumaların zədələnməsinin proqressivləşməsini azaltmaq üçün
- Orqanizmdə kristalların sayını azaltmaq üçün
- Kəskinləşmələrin baş vermə ehtimalını azaltmaq üçün
- Tofusların formalaşmasını azaltmaq üçün
- Podaqra artritinin qarşısını almaq üçün
- Tofusların həll olmasını artırmaq üçün
- Podaqranın pasiyentin sağlamlığına və həyat keyfiyyətinə uzun müddətli mənfi təsirinin qarşısını almaq üçün
- Kristalların formalaşmasını dayandırmaq və mövcud kristalları aradan qaldırmaq podaqranın pasiyentin sağlamlığına və həyat keyfiyyətinə uzun müddətli mənfi təsirinin qarşısını almaq üçün əsas şərtlərdir
- Sidik turşusunun səviyyəsinin azaldılması xroniki böyrək xəstəliyinin proqressivləşməsinə və ya qan təzyiqinə faydalı təsir göstərə bilər
- Oksidativ stressin azaldılması
Əgər sizdə podaqra ola biləcəyini düşünürsünüzsə,
həkimlə əlaqə saxlayın.
Sidik turşusunun səviyyəsinin aşağı salınması
Qanda sidik turşusunun səviyyəsinin 6 mq/dl-dən (360 mkmol/l-dən) uzun müddətli aşağı düşməsi kristal yığıntılarının aradan qaldırılması və yeni kristalların formalaşmasının qarşısının alınması üçün kifayət edə bilər. Bu, kəskin podaqra tutmalarının qarşısını alır, eləcə də tofusların və toxumaların sonrakı zədələnməsinin kiçilməsinə və ya ümumiyyətlə aradan qalxmasına kömək edir.
Podaqranın özünün qanda sidik turşusunun səviyyəsinin azaldılması vasitəsilə müalicə olunmasına baxmayaraq, oynaqlarda və toxumalarda artıq baş vermiş zədələnmə geri dönən olmaya bilər. Bu səbəbdən də, bu cür qalıcı zədələnmə baş vermədən xəstəliyin müalicə edilməsi çox vacibdir.
Sidik turşusunun hədəf səviyyəsinə nail olmaq və əlaqədar riskləri azaltmaq üçün qanda sidik turşusunun səviyyəsini azaldan dərman vasitələri mövcuddur. Bu preparatlar yalnız reseptlə buraxıldığından, hansı preparatın sizin üçün uyğun olduğunu həkiminizdən soruşun.

Podaqranın müalicəsi
Vizual məlumatlarımız sizə podaqranın müalicəsində sidik turşusunun səviyyəsinin 6 mq/dl (360 mmol/l) səviyyəsindən aşağı düşməsinin əhəmiyyətini anlamaqda kömək edəcəkdir.