Kəskin podaqra tutması necə müalicə edilir?

Nə dərəcədə ağrılı olmasına baxmayaraq, podaqra tutması asanlıqla müalicə edilir. Kəskin podaqra tutması zamanı əsas məsələ iltihabın azaldılmasıdır.  Bundan sonra, sidik turşusunun səviyyəsi normal göstəriciyə qaytarılmalıdır. Qidalanma davranışının dəyişdirilməsi, adətən, ilk addımdır, daha sonra dərmanlarla müalicə tələb olunur. Podaqranın xroniki hala keçməsinin, eləcə də podaqranın ağırlaşmalarının qarşısını almaq mümkündür. Təyin edilmiş bütün dərmanların müntəzəm olaraq qəbul edilməsi vacibdir.

Hansı növ dərmanlardan istifadə edilir?

Dərmanın seçilməsi mümkün əks-göstərişlərə (bu və ya digər dərmanı qəbul etməməyiniz üçün hər hansı səbəblər, məsələn, digər sağlamlıq problemləri), əvvəlki müalicə təcrübəsinə, podaqranın kəskinləşmələri başladıqdan sonra müalicənin başlanma vaxtına və prosesə cəlb olunmuş oynaqların sayına və növünə əsaslanır. Ağrıkəsicilər və digər dərmanlar kəskin tutmaların müalicəsi, gələcək tutmaların qarşısının alınması və podaqranın ağırlaşma risklərinin azaldılması üçün istifadə edilə bilər.

Podaqra tutmasının 

dayandırılması üçün həkiminiz yüksək dozada ağrıkəsicilər təyin edə bilər.

Sidik turşusu səviyyəsinin davamlı azaldılması üçün uzun müddətli müalicə kəskin iltihab tamamilə aradan qaldırılmayıncaya qədər başlanmamalıdır.

Sizin üçün, həmçinin aşağıdakı məzmun maraqlı ola bilər

Uzun müddətli müalicə

Uzun müddətli müalicə

Podaqranın uzun müddətli müalicəsi üçün qida rasionunuzu dəyişməli, çəkinizi azaltmalı və müntəzəm olaraq fiziki hərəkətlərlə məşğul olmalısınız…

Daha ətraflı
Podaqranın ağırlaşmaları

Podaqranın ağırlaşmaları

Podaqra xəstəliyini mümkün olduğu qədər tez və davamlı müalicə etmək lazımdır, əks təqdirdə müxtəlif ağırlaşmalar meydana çıxa bilər...

Daha ətraflı