Qida rasionunuzda hansı dəyişiklikləri etməlisiniz?
Qəbul etdiyiniz qidanın tərkibində purinlərin miqdarına diqqət yetirməlisiniz. Tərkibində purin olan qidaların, məsələn qırmızı ətin, balıq ətinin və dəniz məhsullarının istehlakını əhəmiyyətli dərəcədə azaltmaq çox vacibdir. Bundan əlavə, sərt pəhrizlər saxlamaqdan və ac qalmaqdan çəkinmək lazımdır, çünki bu zaman sidik turşusunun səviyyəsi əhəmiyyətli dərəcədə arta bilər. Podaqra zamanı özünüz üçün qida rasionunun planını hazırlayın. Aşağıda imtina etməli olduğunuz və əvəzində yeməli olduğunuz qidaların siyahısı verilmişdir.
Əgər sizdə digər metabolik pozuntular vardırsa, qida rasionunuzla bağlı həkiminizlə məsləhətləşməlisiniz.
Sizə nələri yemək və içmək olar?
Podaqra zamanı pəhriz dərman deyildir, lakin sidik turşusunun yaranmasını və ağrılı podaqra tutmalarının residivləşmə riskini azalda, eləcə də oynaqların zədələnməsinin proqressivləşməsinin qarşısını ala bilər.
Hansı növ qidaların qəbuluna icazə verilir?
Tərkibində purinlərin miqdarı az olan qidalar
- Qatıq, süd və yumurta
- Tam taxıl məhsulları
- Omeqa-3 yağ turşuları ilə zəngin olan yağlar, məsələn, raps yağı və ya kətan toxumu yağı
- Qoz-fındıq və paxlalı bitkilər də, həmçinin podaqranın inkişaf etmə riskini artırmadan, sağlamlıq üçün əhəmiyyətli dərəcədə faydalı ola bilər
- Yağlılıq dərəcəsi aşağı olan süd məhsulları, o cümlədən yağsız və ya az yağlı süd, şərbət, az yağlı qatıq, kəsmik və ya rikotta pendiri
- Tərkibində yağın miqdarı yüksək olan süd məhsulları, o cümlədən üzlü süd, krem, yağ, xama, dondurma, krem-pendir və digər pendir növləri
- Anamnezində sidik daşı xəstəliyi olan podaqralı pasiyentlər gündə 2 litrdən çox maye qəbul etməli və orqanizmin susuzlaşmasına imkan verməməlidirlər
Hansı növ qidalardan imtina etmək lazımdır?
Purinlərlə zəngin olan qidalar
- Qırmızı ətin qəbulu podaqranın yaranma riskinin artması ilə əlaqələndirilir (qırmızı ət, o cümlədən mal əti, donuz əti və qoyun əti; emal edilmiş ət məhsulları, o cümlədən sosis, hisə verilmiş və bişmiş kolbasa; bekon; hamburger; quş əti, o cümlədən toyuq əti və hind quşu əti; toyuq qaraciyəri və mal qaraciyəri)
- Dəniz məhsulları (məsələn, balıq, krevet, omar və daraqlı molyusklar)
- Purinlərlə zəngin olan tərəvəzlər (noxud, lobya, mərcimək, ispanaq, göbələk, yulaf və gül kələm)
- Alkoqollu içkilər, məsələn, pivə (o cümlədən alkoqolsuz pivə), spirtli içkilər və alkoqolsuz şirin içkilər

Pəhrizə dair tövsiyələr
Fruktoza nə səbəbdən podaqra ilə əlaqələndirilir?
Fruktoza (meyvə şəkəri) sidik turşusunun metabolizminə bilavasitə təsir göstərən yeganə karbohidratdır. Fruktoza həm də insulinə qarşı rezistentlik sindromunun yaranma riskində də müəyyən rol oynayır, bu sindrom şəkərli diabet və piylənmə riskini artırır, bu xəstəliklərin hər ikisi podaqra ilə əlaqələndirilir. Fruktozanın istifadəsi, xüsusilə hiperurikemiyası və anamnezində podaqrası olan pasiyentlərdə sidik turşusunun səviyyəsini artırır. Pasiyentlər podaqra zamanı pəhriz çərçivəsində tərkibində fruktoza olan qidaların istifadəsinin azaldılması məsələsini nəzərdən keçirməlidirlər. Məsələn, alkoqolsuz içkilərin qəbulunun azaldılması yaxşı bir ilk addımdır.
Nə üçün alkoqollu içkilərdən, xüsusilə pivədən imtina etməlisiniz?
Etanol (alkoqol) sidik turşusunun səviyyəsinə təsir edir və bu səbəbdən də podaqranın yaranmasına gətirib çıxara bilər. Araşdırmalar göstərir ki, bu risk spirtli içkinin növündən asılı olaraq dəyişir; pivə spirtli içkilərdən daha çox risk yaradır, lakin şərabın orta dərəcədə istifadəsi, görünür, podaqra riskini artırmır.
Pivənin tərkibindəki purinlər, məsələn, yüksək sorulma qabiliyyətinə malik olan quanozin qanda sidik turşusunun səviyyəsinə təsir edə və bununla da spirtli içkilərlə və şərabla müqayisədə podaqranın yaranması üçün daha böyük risk yarada bilərlər. Podaqra zamanı pəhriz çərçivəsində bir qədəh şərab sağlamlığınız üçün faydalı ola bilər və podaqranın yaranma riskini artırmır.