Fiziki hərəkətlər nə səbəbdən kömək edir?
Ümumi sağlamlıq üçün faydalı olması ilə yanaşı, fiziki hərəkətlər sidik turşusunun konsentrasiyasını aşağı salır, metabolizmi stimullaşdırır və çəki atmağa kömək edir.
Podaqranın profilaktikası üçün bir neçə məsləhət:
Gəzmək:
Gündə 20 dəqiqə gəzməyə çalışın. Həftədə iki dəfə tərləməyinizə səbəb olan fiziki hərəkətlər edin.
10,000 addım:
Göstərilmişdir ki, gündə 10 000 addım gəzmək xəstəliklərin qarşısını almağa və sağlamlığı qoruyub saxlamağa kömək edir.
İdmanla məşğul olun:
Sevdiyiniz idman növü ilə məşğul olun!
Podaqra və fiziki hərəkətlər üzrə aparılmış tədqiqatda göstərilmişdir ki, gündə orta hesabla 8 km qaçan kişilərdə daha az qaçanlara nisbətən podaqranın inkişaf etmə riski 50% aşağıdır.